Azərbaycanda “Uşaq Səfirlər Məclisi” yaradılır

  09 Yanvar 2020    Oxunub : 2358
 Azərbaycanda “Uşaq Səfirlər Məclisi” yaradılır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaq Səfirlər Məclisi”nin yaradılmasını elan edib.
Komitədən Azvision.az -a verilən məlumata görə, ölkə Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilib. “Uşaq Səfirlər Məclisi”nin yaradılmasında məqsəd uşaqların da bu prosesə öz töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşmasıdır.

Məclis üzvləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin, uşaqları narahat edən məsələlər barədə müzakirələr aparılacaq, onların həlli istiqamətində təkliflər irəli sürüləcək. Məclis üzvü seçilmək arzusunda olan 14-18 yaş arasında olan uşaqlar bu məqsədlə təşkil edilən müsabiqədə iştirak edə bilərlər.

Azvision.az

Teqlər: Ailə   Komitə   Uşaq