Keçmiş məhkumdan 6 kq marixuana götürülüb

Keçmiş məhkumdan 6 kq marixuana götürülüb
  09 Yanvar 2020    Oxunub:2621
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Dadaşovdan 6 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti