Təhsil Nazirliyində yeni təyinatlar olub

   Təhsil Nazirliyində yeni təyinatlar olub
  09 Yanvar 2020    Oxunub:3067
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Təhsil İnstitutunun direktor müavini təyin edilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazir Ceyhun Bayrmov bununla bağlı müvafiq əmr imzalayıb.

Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsinə isə bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun direktoru vəzifəsində çalışan Vəfa Yaqublu təyin olunub.

Təhsil nazirinin digər əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsi isə bu şöbənin müdir müavini vəzifəsində çalışan Nərminə Hüseynovaya həvalə olunub.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti