XİN isveçrəli kosmonavtı “qara siyahı”dan çıxardı

XİN isveçrəli kosmonavtı “qara siyahı”dan çıxardı
  09 Yanvar 2020    Oxunub:3402
İsveçrə Konfederasiyasının vətəndaşı, isveçrəli kosmonavt Klod Nikolye Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
XİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, məktubunda Klod Nikolye Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət ifadə etdiyini bəyan edib və səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu bildirib.

İsveçrə Konfederasiyasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Qarabağ   İsveçrə  





Xəbər lenti