Tovmasyanın xaç oğlu yenidən həbs edildi

Tovmasyanın xaç oğlu yenidən həbs edildi
  09 Yanvar 2020    Oxunub:2329
Ermənistan məhkəməsinin hakimi Qaqik Poqosyan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın xaç oğlu Norayr Panosyanın həbs edilməsi barədə qərar verib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə vəkil Tiqran Atanesyan bildirib.

“Qərarın mətnindən belə təəssürat yaranır ki, ora Norayr Panosyanın əvəzinə başqa bir şəxsin də adını yazmaq olar. Ermənistanda baş verən hadisələr vəziyyətin getdikcə pisləşdiyini göstərir. Sözsüz ki, qərardan daha yüksək orqana şikayət veriləcək ", deyə vəkil vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Həbs  





Xəbər lenti