DSMF-nin yeni sədri ekspertlərdən şikayətləndi

DSMF-nin yeni sədri ekspertlərdən şikayətləndi
  20 Dekabr 2013    Oxunub:993
“Təəssüf ki, bəzi ekspertlər bu məsələni lazımı araşdırmalar aparmadan şərh edirlər”.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev hakim Yeni Azərbaycan partiyasının saytına müsahibədə bildirib.

E.Mehdiyevin sözlərinə görə, Sosial Müdafiə Fondu bu gün sosial sığorta ilə əlaqəsi olan bütün xərcləri məhz məcburi dövlət sosial sığorta daxilolmaları, yəni özünə məxsus vəsaitləri hesabına maliyyələşdirir. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan dövlət öhdəliklərinin maliyyə yükü hazırda 1,3 milyard manata yaxındır. Gələn il isə dövlət büdcəsinin transfertinin həcmi isə bundan aşağı məbləğdə - 1,14 milyard manat nəzərdə tutulur:

“Deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir”.

DSMF sədri bu prizmadan çıxış edərək qeyd edib ki, təəssüf ki, bəzi ekspertlər bu məsələni lazımı araşdırmalar aparmadan şərh edirlər:

Fond tərəfindən dəfələrlə aydınlıq gətirilməsinə baxmayaraq, dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı bəzi hallarda yanlış olaraq sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi təqdim olunur.


Teqlər:  





Xəbər lenti