Avstraliyadakı yanğınlarda 1 milyarddan çox heyvan ölüb

 Avstraliyadakı yanğınlarda 1 milyarddan çox heyvan ölüb
  09 Yanvar 2020    Oxunub:3776
Avstraliyada genişmiqyaslı meşə yanğınları bir milyarddan çox heyvanın ölümünə səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə Sidney Universitetinin hesabatında bildirilib.

Hesabatda vurğulanıb ki, professor Kris Dikman Yeni Cənubi Uelsdəki meşə yanğınlarında daha əvvəl 480 milyon, sonra 800 milyondan çox heyvanın öldüyünü təxmin edib.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Avstraliya şöbəsi Kris Dikman tərəfindən aparılan araşdırmaya əsasən, 8.4 milyon hektar meşə sahəsini məhv edən yanğınlarda ölən heyvanların sayını 1,25 milyard səviyyəsində qiymətləndirib.





Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avstraliya   Yanğın  





Xəbər lenti