Badamdar yenə sürüşdü - Son durum açıqlandı

 Badamdar yenə sürüşdü -  Son durum açıqlandı
  09 Yanvar 2020    Oxunub:3197
Bu gün səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur: "Tərəfimizdən ərazidə monitorinqlər aparılır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Sürüşmə  





Xəbər lenti