ABŞ-dan BMT-yə məktub: “İranla danışıqlara hazırıq”

 ABŞ-dan BMT-yə məktub:  “İranla danışıqlara hazırıq”
  09 Yanvar 2020    Oxunub:2186
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft BMT Təhlükəsizlik Şurasına məktub göndərərək, Vaşinqtonun bölgədəki gərginliyi azaltmaq üçün ön şərt olmadan İranla danışıqlara hazır olduğunu bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Kraftın sözlərinə görə, ABŞ beynəlxalq sülh və sabitliyə gələcək təhdidin qarşısını almağa və İran tərəfindən eskalasiyaya yol verilməməsinə çalışır.

Qeyd edək ki, daha əvvəl ABŞ hərbçiləri general Qasım Süleymanini öldürmək üçün əməliyyat keçiriblər. İran isə İraqdakı Amerika əsgərlərinin yerləşdiyi hərbi bazalara raket zərbəsi endirməklə buna cavab verib. Raket hücumu zamanı ABŞ qoşunları itki verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   BMT   İran  





Xəbər lenti