Bağdadın “yaşıl zona”sına raket hücumu olub

Bağdadın “yaşıl zona”sına raket hücumu olub
  09 Yanvar 2020    Oxunub:2014
İraqın paytaxtı Bağdad şəhərinin “yaşıl zona”sına iki raket hücumu olub.
Azvision.az xəbər verir ki, bu barədə İraq hərbi qüvvələrinin yaydığı məlumatda bildirilib.

Hücum zamanı həmin ərazidə yerləşən ABŞ səfirliyində həyəcan siqnalları işə düşüb. Hadisə nəticəsində ölən və yaralananın olmadığı deyilir.

Azvision.az



Teqlər: İraq   Bağdad   Raket  





Xəbər lenti