İranda matəm elan edilib

İranda matəm elan edilib
  09 Yanvar 2020    Oxunub:2217
İranda Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 180-ə yaxın insanın ölümü və general Qasim Süleymaninin dəfn mərasimindəki izdihamda xeyli sayda sakinin həyatını itirməsi ilə əlaqədar matəm elan olunub.
Azvision.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmisi Əli Rəbieyi bildirib.

Onun sözlərinə görə, yanvarın 9-da ölkə üzrə matəm olması barədə qərar qəbul edilib.

Azvision.az



Teqlər: İran   Matəm  





Xəbər lenti