Komitə nümayəndələri Nərminin ailəsi ilə görüşüb

Komitə nümayəndələri Nərminin ailəsi ilə görüşüb
  09 Yanvar 2020    Oxunub:2720
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları (sosial işçi və psixoloq) Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın ailəsini ziyarət ediblər.
Qurumun mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, ziyarət zamanı ailənin digər uşaqları və valideynlərlə söhbət aparılaraq, ailə sosial-psixoloji baxımdan qiymətləndirilib.

"Ehtiyac olacağı təqdirdə ailə ilə müvafiq işlər aparılacaq. Uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən zorakılığı törədənlər mütləq şəkildə məsuliyyətə cəlb ediləcək", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Komitə   Nərmin  





Xəbər lenti