Avropa Komissiyasından ABŞ və İrana çağırış

 Avropa Komissiyasından ABŞ və İrana çağırış
  08 Yanvar 2020    Oxunub:2775
“Rəsmi Vaşinqton və Tehran vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün silah istifadəsini dərhal dayandırmalıdır. Tərəfləri danışıqları bərpa etmək üçün mümkün olan hər şeyi etməyə çağırırıq”.
Azvision.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen deyib. Onun sözlərinə görə, Avropa Komissiyasının kollegiyası İran ətrafındakı vəziyyətlə əlaqədar təcili iclas keçirib, baş verənlərin AB-yə mümkün təsirini təhlil edib:

“Kollegiyada Avropa Birliyi üçün mövcud böhranın, məsələn, nəqliyyat, enerji, miqrasiya və iqtisadi inkişaf sahəsindəki potensial nəticələri təhlil edilib”.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Avropa   İran   ABŞ  





Xəbər lenti