Ötən il Naxçıvanda cəmi 22 cinayət törədilib

  08 Yanvar 2020    Oxunub : 2767
 Ötən il Naxçıvanda cəmi 22 cinayət törədilib
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, iclasda çıxış edən Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov bildirib ki, muxtar respublikanın daxili işlər orqanları 2019-cu ildə bütün fəaliyyət sahələri üzrə əvvəlki illərin göstəricilərindən daha yüksək nəticələr əldə ediblər. Təkcə cinayətkarlığın dinamikasına nəzər yetirəndə 2018-ci illə müqayisədə 2,5 dəfə azalmanın müşahidə olunması buna əyani sübutdur.



İl ərzində isə bütün uçot subyektləri üzrə cəmi 22 cinayət faktı qeydə alınıb. Bunlarla yanaşı, 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Prokurorluğu tərəfindən qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin tutulması, eləcə də cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilib, insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı
qeydə alınmayıb.

2019-cu ildə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əvvəlki illə müqayisədə 12 inzibati fakt artıq aşkar edilib, vətəndaşlar tərəfindən 319 müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil verilib.

Azvision.az

Teqlər: Naxçıvan   DİN   İclas