Abşeronda "Mercedes" qarajda yanıb

Abşeronda "Mercedes" qarajda yanıb
  08 Yanvar 2020    Oxunub:2281
Abşeronda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, hadisə rayonunun Ceyranbatan qəsəbəsində qeydə alınıb. Belə ki, ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət qarajın taxta üzlüyü 10 m² sahədə və içərisində "Mercedes” markalı minik avtomobilinin salon hissəsi yanıb.

Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti