Makleri bıçaqla hədələyib pulunu aldı

Makleri bıçaqla hədələyib pulunu aldı
  08 Yanvar 2020    Oxunub:2375
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.Nəbiyev yanvarın 7-də R.Rüstəmov küçəsində yerləşən ev alqı-satqısı ofisində paytaxt sakini Ə.Məmmədovun onu bıçaqla hədələyib 500 manatını və mobil telefonunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsinda quldurluğu törətməkdə şübhəli bilinən Ə.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılmışdır.Nizami RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti