Qarət edilən evin yandırılması ilə bağlı cinayət işi açılıb

  08 Yanvar 2020    Oxunub : 1484
 Qarət edilən evin yandırılması ilə bağlı cinayət işi açılıb
Binəqədi rayonu Əliheydər Qarayev küçəsində yaşayış evinin talandıqdan sonra yandırılması ilə bağlı iddialar araşdırılır.
Azvision.az -ın məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində CM-nin 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

E.Hacıyev vurğulayıb ki, cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin nəzarətindədir: “Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Azvision.az

Teqlər: Polis   Cinayət   Yanğın