Bakıda qətl törədən iki nəfər saxlanılıb

Bakıda qətl törədən iki nəfər saxlanılıb
  08 Yanvar 2020    Oxunub:2000
Yanvarın 5-də Bakı şəhər sakinləri Z.Əkbərov və Anar Tağıyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və A.Tağıyevin orada ölməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla onların həmin gün saat 1 radələrində E.Babayev küçəsində münaqişə zəminində bıçaqlanmaları müəyyən edilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Binnətov və V.Babayev saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti