Dələduzluq edən əcnəbi saxlanıldı

Dələduzluq edən əcnəbi saxlanıldı
  08 Yanvar 2020    Oxunub:4988
Bakıda əcnəbi vətəndaş 6 nəfərə qarşı dələduzluq edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.Əliyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti