Bakıda evdən 22 minlik oğurluq edilib

Bakıda evdən 22 minlik oğurluq edilib
  08 Yanvar 2020    Oxunub:1673
Bakıda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis idarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisindəki evlərin birindən 2320 manat oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti