Dünən şəhid olan əsgərimiz nişanlı imiş

 Dünən şəhid olan əsgərimiz nişanlı imiş
  08 Yanvar 2020    Oxunub:13962
Xəbər verdiyimiz kimi, ötən gün Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan sərhədçisi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.
Azvision.az -ın məlumatına görə, F.Fərzəliyev Ucar rayonunun Alpı kəndində anadan olub. 2018-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. O, bu ilin aprel ayında hərbi xidmətini başa vuracaqdı. Şəhid əsgərimiz bu gün doğulduğu kənddə torpağa tapşırılacaq.

Şəhidin bir bacısı və bir qardaşı var. Evin sonbeşiyi olan F.Fərzəliyev nişanlı olub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Şəhid   Əsgər  





Xəbər lenti