“Azərpoçt” 500-dək itmiş sənədi sahibinə qaytarıb
Sənədini itirən şəxs “Poçtap” xidmətinin “www.pochtap.az” internet səhifəsindən, “169” saylı Çağrı mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb tapılmamasını öyrənə, tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər. Belə ki, “https://azvision.az/redirect.php?url=http://www.pochtap.az” internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür. Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaşın “169” Çağrı mərkəzinə zəng edərək tapılmış sənədi yaxın poçt məntəqəsinə yönləndirməsi mümkündür. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər. “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət rüsumu ödəyərək onu təhvil alır. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Vətəndaş sənədinin öz istəyi ilə hansısa ünvana çatdırılmasını istəyirsə, bu zaman rüsum “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.
Azvision.az
Teqlər: Azərpoçt