YAP-ın 123 namizədi rəsmi qeydiyyata alınıb

 YAP-ın 123 namizədi rəsmi qeydiyyata alınıb
  07 Yanvar 2020    Oxunub:3392
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən 123 namizəd Dairə Seçki Komissiyalarında rəsmi qeydiyyata alınıblar.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov rəsmi "Facebook" səhifəsində yazıb.

O bildirib ki, YAP parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb: "Diqqət çəkən xüsusi məqam odur ki, seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır. Deməli, 9 fevral seçkilərinə böyük maraq var və çoxlu sayda namizədlərin irəli sürülməsi, qeydiyyata alınması seçki prosesinin tam demokratik mühitdə həyata keçirilməsindən xəbər verir. Reallıq radikal müxalifətin iddia və yalan təbliğatının əksini göstərir. Partiyamızın fevral ayının 9-da növbəti qələbə qazanacağına inanıram, namizədlərimizə uğurlar diləyirəm".

Azvision.az


Teqlər: YAP   Əli-Əhmədov   Seçki  





Xəbər lenti