Gömrükdə papiros və tibbi ləvazimatlar aşkarlanıb

Gömrükdə papiros və tibbi ləvazimatlar aşkarlanıb
  07 Yanvar 2020    Oxunub:2783
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Mitsubishi L 200", "QAZ-3110" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.
DGK-dan Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən və vətəndaşlardan birinə məxsus idman çantasının içərisindən gömrük nəzarətindən gizlədilən 1536 ədəd "Belomorkanal" və "Boqatıri" adlı papiroslar, 15 adda 3506 ədəd tibbi-stomatoloji ləvazimatlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Azvision.az



Teqlər: DGK  





Xəbər lenti