Naxçıvanda sosial müdafiə sahəsində idarəetmə təkmilləşdirilib

Naxçıvanda sosial müdafiə sahəsində idarəetmə təkmilləşdirilib
  07 Yanvar 2020    Oxunub:2827
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti publik hüquqi şəxs statuslu Agentliyə çevrilib.

Həmçinin, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə çevrilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.

Azvision.az


Teqlər: Naxçıvan   Fərman  





Xəbər lenti