Buzovnanın 124 il tarixi olan Cümə məscidi - FOTOREPORTAJ

Buzovnanın 124 il tarixi olan Cümə məscidi -  FOTOREPORTAJ
  07 Yanvar 2020    Oxunub:9421
İnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalıb. 1918-ci ildə tikinti işlərinə yenidən başlanılsa da, tam yekunlaşmayıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra məscidin binasından anbar və dükan kimi istifadə olunub.
2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidində bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapıb. Həmin ilin fevralında başlanan yenidənqurma işləri qısa vaxtda başa çatdırılıb, məscid 2009-cu ilin dekabrın 19-da istifadəyə verilib. Məscidin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdiblər.

Hazırda məsciddə qeydiyyata alınmış dini icma fəaliyyət göstərir.

Azvision.az-ın Buzovnadakı Cümə məscidindən hazırladığı fotoreportajı təqdim edirik:





















Azvision.az



Teqlər: Buzovna   Məscid  





Xəbər lenti