ABŞ İranın XİN rəhbərinə viza verməyib

 ABŞ İranın XİN rəhbərinə viza verməyib
  07 Yanvar 2020    Oxunub:3154
ABŞ BMT Təhlükəsizlik Şurasının bu həftə keçiriləcək iclasında iştirak etmək istəyən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” amerikalı rəsmiyə istindən məlumat yayıb.

Qeyd olunub ki, Birləşmiş Ştatlar BMT-nin yerləşdiyi ölkə olaraq quruma üzv olan dövlətlərin bütün diplomatlarına viza verməlidir. Lakin Vaşinqton vaxtaşırı bu öhdəliyə əməl etmir.

Zərif əvvəllər BMT-yə getmək üçün Amerika vizası alıb, amma onun ABŞ-dakı hərəkətləri ciddi nəzarət altında olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   İran  





Xəbər lenti