Azərbaycan pravoslavları Milad bayramını qeyd ediblər - FOTOLAR

  07 Yanvar 2020    Oxunub : 2583
 Azərbaycan pravoslavları Milad bayramını qeyd ediblər - FOTOLAR
Pravoslav xristianlar İsa peyğəmbərin mövludunu - Milad bayramını qeyd ediblər.
Azvision.az xəbər verir ki, Azərbaycanın pravoslav xristian icması da Milad bayramını təntənə ilə qeyd edir. Bu münasibətlə yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində ibadət mərasimləri keçirilib. Ənənəvi olaraq, əsas Milad ayini Jen-Mironosits kilsəsində təşkil olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hər il olduğu kimi, bu il də pravoslav xristian icmasına Milad bayramı münasibətilə təbrik ünvanlayıb.















Azvision.az

Teqlər: Xristian   Mİlad