“EL”in növbəti yalanı üzə çıxdı

“EL”in növbəti yalanı üzə çıxdı
  20 Dekabr 2013    Oxunub:997
REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli “EL” Hərəkatının Məclis sədri Eldəniz Quliyevi təkzib edib. O, “El” funksionerinin REAL-la bir sıra işlər görəcəklərinə dair mətbuata verdiyi açıqlamanın yalan olduğunu deyib.

“”EL” və REAl gələcəkdə bir çox məsələlərdə eyni addım atacaq”, balam, bir stəkan çayı haram eləməyin, kim sizə dedi ki, biz birgə addımlar atacağıq? Bu nə yanaşmadır axı? Cığallığı siyasətin ana xəttinə çevirdilər lap, o görüş sadəcə, çay süfrəsi idi, maraqlı söhbət etdik, bu birgə addımlar anlamına nə vaxt gəldi ki?! Öz yaratdığınız birliklərlə məşğul olun, bizim uzun-incə yolumuz var, gedəcəyik gündüz-gecə!”-deyə N.Cəfərli qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti