Xəlifə Haftarın ordusu Sirt şəhərini ələ keçirib

 Xəlifə Haftarın ordusu Sirt şəhərini ələ keçirib
  07 Yanvar 2020    Oxunub:2105
Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Sirt şəhərini ələ keçirib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq şəhərin bir çox hissəsi, eləcə də dəniz limanı Haftarın ordusunun nəzarətindədir.
Məlumata görə, Liviya Milli Ordusu əvvəlcə limanı ələ keçirib, sonra şəhərə daxil olub.

Qeyd edək ki, Sirt ərazisinə görə Liviyanın üçüncü ən böyük şəhəridir.

Azvision.az



Teqlər: Liviya   Sirt   Haftar  





Xəbər lenti