Bakıda içində pul və qızıl olan seyf oğurlanıb
Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21 000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb, onunla birlikdə olmuş daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib.
Azvision.az
Teqlər: Oğurluq