İraqdakı vəziyyətlə bağlı NATO-nun təcili iclası çağırıldı

  05 Yanvar 2020    Oxunub : 1664
 İraqdakı vəziyyətlə bağlı NATO-nun təcili iclası çağırıldı
NATO-nun baş katibi Yens Stoltenberq İraqdakı vəziyyətlə əlaqədar qurumun fövqəladə iclasını çağırıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, yanvarın 6-da keçiriləcək iclasda “Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra İraqdakı vəziyyət müzakirə olunacaq.

Azvision.az

Teqlər: NATO   İraq