İrandan müalicədən qayıdan ər və arvad yol qəzasında ölüb

  05 Yanvar 2020    Oxunub : 1719
 İrandan müalicədən qayıdan ər və arvad yol qəzasında ölüb
Ər və arvad olan iki Azərbaycan vətəndaşı İran İslam Respublikasında yol qəzası nəticəsində ölüb.
Azvision.az report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında İranın Ərdəbil şəhəri ərazisində qeydə alınıb.

Belə ki, İrana müalicə məqsədi ilə gedən Biləsuvar rayon Çaylı kənd sakinləri - 1956-ci il təvəllüdlü Kərimov Mürşüd Səftər oğlu və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Kərimova Müşkinaz İbrahim qızı Azərbaycana qayıdan zaman yol qəzasına düşüblər. Nəticədə hər iki şəxs dünyasını dəyişib.

Onlar sabah doğulduqları Çaylı kənd qəbiristanlığında dəfn ediləcəklər.

Azvision.az

Teqlər: İran   Qəza