İran Süleymaniyə görə BMT-yə müraciət edib

İran Süleymaniyə görə BMT-yə müraciət edib
  05 Yanvar 2020    Oxunub:1884
Rəsmi Tehran İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" qüvvələrinin komandanı Qasim Süleymaninin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, İran XİN olayla bağlı siyasi, hüquqi müstəvidə, o cümlədən BMT Təhlükəsizlik Şurası çərçivəsində addımlar atmaqdadır.

Xatırladaq ki, Q.Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadın hava limanında ABŞ hərbçilərinin raket hücumları nəticəsində öldürülüb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti