Suriyaya 500-ə yaxın qaçqın qayıdıb

Suriyaya 500-ə yaxın qaçqın qayıdıb
  05 Yanvar 2020    Oxunub:1778
Sutka ərzində 500-ə yaxın suriyalı qaçqın xarici ölkələrin ərazisindən Suriyaya qayıdıb.
Azvision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.

“Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 488 qaçqın geri dönüb. Belə ki, Livanın “Jaydet Yabus”, “Tell-Kalah” keçid məntəqələrindən ümumilikdə 212 nəfər (64 - qadın, 108 - uşaq) , İordaniyanın “Nasib” keçid məntəqəsindən isə ümumilikdə 276 nəfər (qadın - 83, uşaq - 141) Suriyaya geri dönüb”, - deyə bülletendə qeyd olunub.

Azvision.az



Teqlər: Suriya  





Xəbər lenti