İraqda üç günlük matəm elan olunub

  05 Yanvar 2020    Oxunub : 3049
 İraqda üç günlük matəm elan olunub
İraqın Baş Naziri Adele Abdel Mehdi iranlı general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
Azvision.az xəbər verir ki, Baş Nazir bu barədə “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, yanvarın 3-də ABŞ qoşunları tərəfindən Bağdad hava limanına raket zərbələri endirilib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçilәr Korpusunun “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani və İran ordusunun daha 4 zabiti həlak olub.

Azvision.az

Teqlər: İraq   Matəm