İran qırmızı müharibə bayrağını qaldırdı

İran qırmızı müharibə bayrağını qaldırdı
  04 Yanvar 2020    Oxunub:5316
General Qasım Süleymaninin qətlindən sonra İran qırmızı müharibə bayrağını Qum şəhərində yerləşən Cemkeran Məscidinin günbəzinə qaldırıb.

Azvision.az xəbər verir ki, İran agentliklərinin məlumatına görə, qırmızı müharibə bayrağının qaldırılması bir ilkdir. Bayrağın asıldığı məscidin Şiə inancı baxımından böyük əhəmiyyəti olduğu bildirilir.
Qeyd edək ki, yanvarın 3-də ABŞ qoşunları tərəfindən Bağdad hava limanına raket zərbələri endirilib. Nəticədə general Qasım Süleymani ilə birlikdə İran ordusunun daha 4 zabiti həlak olub.

Azvision.az



Teqlər: İran   Müharibə   Bayraq  





Xəbər lenti