135 minə yaxın insana peşəyönümü məsləhəti verilib

135 minə yaxın insana peşəyönümü məsləhəti verilib
  04 Yanvar 2020    Oxunub:2814
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ildə 134 760 vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, onlardan 35 214 nəfəri işaxtaran, 99 546 nəfəri isə məktəblidir. İştirakçılara düzgün peşə seçmək qaydaları, işəgötürənlər tərəfindən tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib, əmək bazarında mövcud vəziyyətlə bağlı təqdimatlar edilib.

Şagirdlərlə müsahibə və testlər keçirilib. Həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə məlumatlar verilib.

Azvision.az



Teqlər: Peşə   Məşğulluq  





Xəbər lenti