Hacıqabulda yol polisinin maşını qəzaya düşdü

 Hacıqabulda yol polisinin maşını qəzaya düşdü
  04 Yanvar 2020    Oxunub:10618
Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobil qəzaya düşüb.

Azvision.az -ın məlumatına görə, hadisə Hacıqabul rayonu ərazisində baş verib. Belə ki, içində polislərin olduğu xidməti avtomobil yol ayrıcına çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, YPX maşınına ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Hacıqabul   Qəza  





Xəbər lenti