Yolu keçən qadını maşın vurub öldürdü

 Yolu keçən qadını maşın vurub öldürdü
  04 Yanvar 2020    Oxunub:4427
Zaqatalada yolu keçən piyadanı avtomobil vurub
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, dünən axşam saatlarında Zaqatala şəhəri Nizami küçəsində rayonun Yuxarı Tala kənd sakini Sulxayev Murad idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən piyada Zaqatala şəhər sakini Fərasət Davudovanı vurub və nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Azvision.az


Teqlər: DİN   Zaqatala  





Xəbər lenti