Naxçıvanda gündəlik təyyarə reyslərinin sayı 10-a çatdırılıb
Ötən il ərzində yerli hava xətləri ilə 2146 reys, 308 min 249 sərnişin, 4 milyon 899 min 681 kiloqram baqaj, 912 min 629 kiloqram yük, 53 min 892 kiloqram poçt daşınıb. Beynəlxalq daşımalarda isə 140 reys həyata keçirilib. Naxçıvan–İstanbul istiqamətində 4 min 249 sərnişin, eləcə də 58 min 496 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində 4 min 128 sərnişin, 77 min 249 kiloqram baqaj daşınıb.
Qeyd edək ki, sərnişin sıxlığına baxmayaraq bayram günlərində bilet satışında heç bir problem yaranmayıb.
Azvision.az