Zelenskinin gəlirləri açıqlandı

Zelenskinin gəlirləri açıqlandı
  04 Yanvar 2020    Oxunub:2775
Ukrayna Prezidenti Vladimir Zelenskinin gəlirləri açıqlanıb.
Azvision.az xəbər verir ki, Milli Antikorrupsiya Agentliyinin saytında dərc edilən 3 yanvar tarixli bəyannaməyə əsasən, Zelenski “Kvartal 95” studiyasından 210 min dollardan çox gəlir əldə edib.

Zelenski 2019-cu il dekabrın sonunda "Kvartal 95" studiyasından 4,8 milyon qrivna (205,9 min dollar) məbləğində lisenziya ödənişi, həmçinin ticarət markasından istifadə üçün 104 min qrivna (4,3 min dollar) kompensasiya alıb.

Xatırladaq ki, "Kvartal 95" studiyası filmlər, seriallar və yumoristik proqramlar hazırlayır. “Kvartal 95”-in təsisçisi Vladimir Zelenskidir.

Azvision.az



Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti