ABŞ Yaxın Şərqə əlavə qoşun göndərir - Yenilənib

 ABŞ Yaxın Şərqə əlavə qoşun göndərir -  Yenilənib
  04 Yanvar 2020    Oxunub:3901
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə əlavə qoşun göndərilməsi ilə bağlı məlumatı təsdiqləyib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə CNN-ə Pentaqondan məlumat verilib.

Bildirilib ki, ABŞ general Qasım Suleymaninin öldürülməsi ilə əlaqədar İranla gərginliyin artması fonunda Yaxın Şərqə əlavə olaraq 3 min hərbi qulluqçu göndərəcək.

***
ABŞ ordusunun 82-ci hava-desant diviziyasının 3500 əsgəri Yaxın Şərqə göndərilib.

Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyindəki mənbələr məlumat verib. Pentaqon hələlik bununla bağlı rəsmi açıqlama yaymayıb. 3500 nəfərlik əsgəri heyətin harada yerləşdiriləcəyi məlum deyil.

Azvision.az



Teqlər: ABŞ   Şərq  





Xəbər lenti