Ərdoğan fövqəladə iclas keçirib

Ərdoğan fövqəladə iclas keçirib
  04 Yanvar 2020    Oxunub:2231
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə yaşanan gərginliklə bağlı fövqəladə toplantı keçirib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın Dolmabağçadakı iqamətgahında keçirilən iclas 3 saat davam edib.

İclasda Prezidentin köməkçisi Fuad Oqtay, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mahir Ünal, partiyanın sözçüsü Ömər Çəlik, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin mətbuat katibi İbrahim Kalın iştirak ediblər.

Azvision.az



Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti