Pompeo və Lavrov generalın öldürülməsini müzakirə edib

Pompeo və Lavrov generalın öldürülməsini müzakirə edib
  04 Yanvar 2020    Oxunub:1879
ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, ABŞ və Rusiya rəsmiləri İran generalı Qasım Süleymaninin öldürülməsini müzakirə ediblər.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Azvision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti