“Qasım Süleymani günahsız insanları öldürürdü” - Netanyahudan ABŞ-a dəstək

  “Qasım Süleymani günahsız insanları öldürürdü” -   Netanyahudan ABŞ-a dəstək
  03 Yanvar 2020    Oxunub:7569
İsrailin Baş Naziri Benjamin Netanyahu İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.
Azvision.az -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Netanyahu İsrailin sülh, təhlükəsizlik və özünümüdafiə mübarizəsində ABŞ-ın yanında olduğunu deyib.

"İsrailin özünü müdafiə etmək hüququ olduğu kimi, ABŞ-ın da eyni hüququ var. Qasım Süleymani amerikalılar da daxil olmaqla bir çox günahsız insanı öldürdü. Daha çox hücumlar planlaşdırırdı. Prezident Donald Tramp sürətli, güclü və qətiyyətli hərəkətinə görə tərifə layiqdir. İsrail sülh, təhlükəsizlik və özünümüdafiə mübarizəsində ABŞ-ın yanında dayanır", - deyə İsrailin Baş Naziri qeyd edib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad hava limanına endirilən raket zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymani öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü ilə əlaqədar ölkədə 3 gün matəm elan edib. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Azvision.az


Teqlər: İsrail   İran   General  





Xəbər lenti