"İndiyə qədər 19 siyasi partiya 457 namizəd irəli sürüb" - Məzahir Pənahov

   "İndiyə qədər 19 siyasi partiya 457 namizəd irəli sürüb" -    Məzahir Pənahov
  02 Yanvar 2020    Oxunub:2189
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 19 siyasi partiya namizəd irəli sürüb.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, indiyə qədər 19 siyasi partiya 457 namizəd irəli sürüb.

M.Pənahov bildirib ki, Azərbaycan Sosial Rifah Partiyası hələki namizədini irəli sürməyib.

Qeyd edək ki, indiyə qədər 20 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, “Ana Vətən” Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Vəhdət Partiyasının, Demokratik İslahatlar Partiyasının, Azərbaycan Liberal Demokrat Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının, Müasir Müsavat Partiyasının və Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Azvision.az


Teqlər: Partiya   Namizəd   Seçki  





Xəbər lenti