Kim Çen In xalqın Yeni ilini təbrik etməyib

Kim Çen In xalqın Yeni ilini təbrik etməyib
  02 Yanvar 2020    Oxunub:4200
Şimali Koreya (KXDR) lideri Kim Çen In Yeni il bayramı münasibətilə öz xalqını təbrik etməyib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, KXDR rəhbəri bunun əvəzində Əmək partiyasının mərkəzi komitəsinin plenar iclasının ilk dörd gününə həsr edilmiş məruzə ilə çıxış edib.

Kim Çen In ölkəsinin strateji silah hazırlamağa davam edəcəyini, ABŞ-ın üzərinə düşən öhdəlikləri icra etmədiyi müddətcə ölkəsinin nüvə sınaqları ilə bağlı qadağalara əməl etməyəcəyini bəyan edib.

Xatırladaq ki, ötən il yanvarın 1-də Şimali Koreya televiziyası Kim Çen Inın Yeni illə əlaqədar xalq təbrik müraciətini yayımlamışdı. Bu il isə Kim Çen In xalqı təbrik etməyib.

Azvision.az



Teqlər: KXDR   Şimali-Koreya  





Xəbər lenti