Göygöldə 7 otaqlı ev yanıb

Göygöldə 7 otaqlı ev yanıb
  01 Yanvar 2020    Oxunub:1936
Göygöl rayonunun Nadil kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 176 m² olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə, dam örtüyü və evin yaxınlığında 100 p.m çəpər yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti