Ankarada terror hazırlayan dəstə tutuldu

  31 Dekabr 2019    Oxunub : 1726
 Ankarada terror hazırlayan dəstə tutuldu
Türkiyənin paytaxtı Ankarada Yeni il gecəsi terror aktı törətməyə hazırlaşan dəstənin üzvləri saxlanılıb.
Azvision.az xəbər verir ki, Terrorla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 5 nəfər əcnəbi vətəndaş ələ keçirilib. Onların terror törətmək planları ifşa olunub. Hazırda faktla bağlı araşdırma aparılır.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Terror   Ankara   Türkiyə